“İstərdik ki, Azərbaycanda Yapon qılınc döyüş sənəti ilə maraqlanan insanlarla daimi əməkdaşlığımız olsun” - Kyo Kasumi
AzerTAg.az

Bakı, 3 fevral, Emil Məlikov, AZƏRTAC
İlk dəfədir ki, Azərbaycana gəlirəm. İnternetdən ölkəniz haqqında oxumuşdum. Səmimi insanlarınız, dadlı yeməkləriniz, gözəl təbiətiniz, müasir binalarınız məni valeh etdi. Mən buradan xoş təəssüratlarla ayrılacağam.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Ənənəvi Yapon Qılınc Döyüş Sənəti üzrə Səhnə Performansı”nın təqdimatında “TATE-Hatoryu” qrupunun rəhbəri Kyo Kasumi bildirib.
"Biz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təlim keçdik. Arzu edərdik ki, Azərbaycanın müəllim və tələbələri ilə belə bir işbirliyimiz, sənət mübadiləmiz olsun və TATE - ənənəvi Yapon qılınc döyüş sənətini geniş şəkildə təbliğ edə bilək. TATE sənəti 450 il bundan əvvəl yaradılıb, Tokionun keçmiş adı olan Edo dövründən başlayır. Bu sənət döyüş səhnələri zamanı istifadə olunan hərəkətlərdən yaranmış səhnə incəsənəti növüdür", - deyə qrup rəhbəri vurğulayıb.
Xəbərin mətnində orfoqrafik səhv var