CƏMİYYƏT


İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

Bakı, 11 mart, AZƏRTAC

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 29.177.2.1-ci və 29.177.2.3-cü maddələrinə əsasən həbs edilmiş Quliyev Əli Məhərrəm oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Quliyev Rafiq Məhərrəm oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman cibində olan siqaret qutusunda gizlədilmiş bükülülərdə 0,546 qram narkotik maddə - heroin və 0,232 qram psixotrop maddə - metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.