MƏDƏNİYYƏT


İstiqlal Muzeyində “Narkomaniya bəşəriyyətin bəlası” adlı sərgi açılacaq

Bakı, 12 aprel, AZƏRTAC

Bakı şəhərində keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq konfransla əlaqədar aprelin 16-da İstiqlal Muzeyində “Narkomaniya bəşəriyyətin bəlası” adlı tədbir-sərgi keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak edəcəklər.

Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Qərbi Kaspi Universitetinin tələbələri və digər gənc rəssamların narkomaniya problemini əks etdirən 30-dək əl işi nümayiş olunacaq.

Sərgi aprelin 18-dək ziyarətçilərin üzünə açıq olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.