MƏDƏNİYYƏT


İstiqlal Muzeyində növbəti sərgi - “Paralel”

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 17- də Azərbaycan İstiqlal Muzeyində dövlət müstəqilliyimizin bərpasının 27–ci ildönümü münasibətilə “Paralel” adlı tədbir–sərgi keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin və Müstəqil Azərbaycan Respublikasının fəaliyyətini və inkişafını özündə əks etdirən 40–dan çox fotoşəkil nümayiş etdiriləcək.

Tədbirdə Təhsil Nazirliyi Gənclərin Respublika bədii yaradıcılıq evinin tələbələrinin hazırladığı maraqlı bədii proqram təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.