ELM VƏ TƏHSİL


İstiqlal tariximizin görkəmli nümayəndəsi Hacı Kərim Sanılı kim olub?

Bakı, 14 may, AZƏRTAC 

AMEA Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim Hacı Kərim Sanılı haqqında azərbaycandilli “Vikipediya”da məqalə əsaslı şəkildə redaktə olunub və genişləndirilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalədə Hacı Kərim Sanılının həyatı, ailəsi, təhsili, kitabları, pedaqoji və ictimai-siyasi fəaliyyəti, yaradıcılığı haqqında ətraflı məlumat verilir. Bundan başqa oxucular məqalədən Hacı Kərim Sanılının repressiyaya məruz qalması, ailə üzvlərinin sonrakı taleyi barədə də məlumatlar əldə edə bilərlər.

Məqalə ilə daha ətraflı qeyd olunan linkdə  tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.