ELM VƏ TƏHSİL


İstiqlalımızın ilk qərənfilləri

Bakı, 18 yanvar, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş “İstiqlalımızın ilk qərənfilləri” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhman Kərimov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı hadisələrdən danışıb. Alim 20 Yanvarın xalqımızın qan yaddaşından silinməyəcəyini vurğulayıb.

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov 20 Yanvarın tariximizə qanla yazıldığını söyləyib. O, 20 Yanvar hadisələri ilə əlaqədar ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransında bəyanatla çıxış etdiyini və günahsız insanlara qarşı törədilən bu amansız qətliama qarşı kəskin etirazını bildirdiyini, cinayətkarların cəzalandırılmasını qətiyyətlə tələb etdiyini diqqətə çatdırıb.

YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev 20 Yanvarda imperiya ordusunun qəddarlığından bəhs edib. O, 20 Yanvar faciəsinə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini bildirib.

“20 Yanvar” Cəmiyyətinin nümayəndəsi Akif Nəsirov 20 Yanvarın tariximizin qanlı, eyni zamanda, şanlı səhifəsi olduğunu deyib. Vurğulanıb ki, Qanlı Yanvar hadisələri xalqımızın azadlıq arzusundan dönməyəcəyini bir daha sübut etdi.

Sonra məktəblilər Vətən, torpaq, qəhrəmanlıq mövzularında şeirlər söyləyiblər. Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən rəsm əsərləri nümayiş olunub.

Qeyd edək ki, muzey tərəfindən 20 Yanvar hadisələri ilə bağlı tarixi əşyaların toplanması işi həyata keçirilir. Belə ki, o qanlı hadisələri əks etdirən fotoşəkillər, sənədlər, şəhidlərin şəxsi əşyaları toplanaraq muzeyin fondlarında qorunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.