İQTİSADİYYAT


İstiqlaliyyət, Niyazi küçələrində və “Azneft” dairəsində rənglənmə işləri aparılacaq

Bakı, 6 sentyabr, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakının İstiqlaliyyət və Niyazi küçələrində, həmçinin “Azneft” dairəsində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin birgə məlumatında deyilir. Bildirilir ki, işlər bu gün saat 22:00–da başlayaraq sentyabrın 7-si səhər saatlarına qədər yekunlaşdırılacaq. Sürücülərdən həmin yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.