İQTİSADİYYAT


İstiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 21-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106013789 ISIN-li, 20 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 92.9592 AZN (15 faiz) və 103.7768 (10.4998 faiz) olan 24 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.1476 (11.94 faiz), orta ölçülmüş qiyməti 100.2147 (11.9127 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87 milyon 124 min 900 AZN, yerləşdirilmiş həcmi isə 30 milyon AZN təşkil edib. Buraxılış şərtinə uyğun olaraq, tələb təklifi üstələdiyi üçün Emitent buraxılış həcmindən əlavə 50 faiz (10 milyon) artığını təmin edib. İstiqrazlar 2023-cü il iyulun 18-də ödəniləcək. Hərrac iştirakçıları iyulun 22-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.