CƏMİYYƏT
İstirahət günlərində bəzi bölgələrdə yolların buz bağlama ehtimalı var
Bakı, 7 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - fevralın 8-9-da gözlənilən hava proqnozunu açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaz bölgəsində arabir qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı ehtimalı var. Gecə və səhər yolların buz bağlama ehtimalı var.
Lənkəran-Astara bölgəsində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq, şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 5-8° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı ehtimal edilir.
Qazax-Gəncə zonasında arabir yağış yağacağı, yağan yağışın fevralın 9-da sulu qara, qara keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 5-8° isti olacağı ehtimalı var.
Aran rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 2-7° isti olacağı proqnozlaşdırılır. Gecə və səhər yolların buz bağlama ehtimalı var.
Paytaxtda isə fevralın 8-də gözlənilən yağıntı fevralın 9-da sulu qara, qara keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək, fevralın 8-i axşam və fevralın 9-da güclü olacaq. Havanın temperaturunun fevralın 8-də gecə 4-7°, gündüz 8-11° isti, fevralın 9-da gecə və gündüz 1-3° isti olacağı gözlənilir.