CƏMİYYƏT


İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - sentyabrın 21-22-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun dağətəyi rayonlarda 22-27°, dağlıq rayonlarda 13-18° isti olacağı proqnozlaşdırılır.

Lənkəran-Astara bölgəsində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 26-31°, dağlıq rayonlarda 19-24° isti olacaq.

Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 21-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturunun 23-28° isti olacağı bildirilir.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 21-i axşamdan 22-si gündüzədək şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturunun 23-28° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 22-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, sentyabrın 22-də şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 27-32° isti olacağı gözlənilir.

Paytaxtda isə sentyabrın 21-i səhərdən 22-si səhərədək güclü şimal küləyi, sentyabrın 22-si gündüz mülayim cənub-qərb küləyi əsəcək. Sentyabrın 21-i axşam, 22-si gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 14-16°, gündüz 19-23° isti olacağı ehtimalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.