CƏMİYYƏT


İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Bakı, 15 noyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - noyabrın 23-24-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, lakin noyabrın 24-də axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Böyük Qafqazda havanın temperaturu gündüz 5-8° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacaq. Kiçik Qafqazda havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 5-9° isti olacağı gözlənilir.

Lənkəran-Astara zonasında hava şəraitinin yağışlı keçəcəyi ehtimalı var. Lakin noyabrın 24-də hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Havanın temperaturunun gecə 4-6°, gündüz 6-9° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-5° isti olacağı ehtimal edilir.

Qazax-Gəncə zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacağı proqnozlaşdırılır.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturunun 6-10° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Havanın maksimal temperaturu 8-13° isti olacaq.

Paytaxtda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin noyabrın 24-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturunun gecə 2-4°, gündüz 5-9° isti olacağı ehtimalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.