CƏMİYYƏT


İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

Bakı, 2 noyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində-noyabrın 3-4-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun dağətəyi rayonlarda 15-20°, dağlıq rayonlarda 10-15° isti olacağı ehtimalı var.

Lənkəran-Astara bölgəsinə üz tutanları gün ərzində əsasən yağmursuz hava şəraiti gözləsə də, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Havanın maksimal temperaturunun 17-20°, dağlıq rayonlarda 10-15° isti olacağı bildirilir.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturunun 17-22° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 17-22° isti olacaq.

Paytaxtda hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şimal-şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın maksimal temperaturunun 17-19° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.