CƏMİYYƏT


İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

Bakı, 4 yanvar, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - yanvarın 5-6-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraiti əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 10-15°, dağlıq rayonlarda 5-10° isti olacaq.

Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturunun 7-11°, dağlıq rayonlarda 5-7° isti olacağı ehtimalı var.

Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə ediləcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturunun 9-14° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturunun 5-10° isti olacağı proqnozlaşdırılır.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, yanvarın 5-də axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 9-12° isti olacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.