CƏMİYYƏT


İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

Bakı, 18 yanvar, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - yanvarın 19-20-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 5-10°, dağlıq rayonlarda 0-3° isti olacaq.

Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun 7-11°, dağlıq rayonlarda 2-7° isti olacağı gözlənilir.

Aran rayonlarında yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər saatlarında duman olacağı ehtimalı var. Havanın maksimal temperaturunun 7-12° isti olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturunun 5-10° isti olacağı bildirilir.

Paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Şimal-qərb küləyi əsəcək, cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 7-10° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.