CƏMİYYƏT


İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

Bakı, 8 fevral, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - fevralın 9-10-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 4-8°, dağlıq rayonlarda 0-4° isti olacaq.

Lənkəran-Astara bölgəsində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 6-9°, dağlıq rayonlarda 4-6° isti olacağı proqnozlaşdırılır.

Aran rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimal edilir. Fevralın 10-da gündüz hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 7-10° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Fevralın 10-da gündüz hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 5-9° isti olacağı ehtimalı var.

Paytaxtda yaxın iki gündə buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, fevralın 9-da gündüz tədricən kəsiləcəyi, fevralın 10-da səhər və axşam bəzi yerlərdə çiskin olacağı proqnozlaşdırılır. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək, fevralın 10-da şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 6-9° isti olacağı bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.