CƏMİYYƏT


İstirahət günlərində səyahətə çıxmaq istəyənlər çətir götürməyi unutmasınlar

 

Bakı, 20 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - iyulun 21-22-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsinin bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 26-31°, dağlıq rayonlarda isə 18-23° isti olacaq.

Lənkəran-Astara bölgəsində axşam və gecə saatlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 27-32° isti olacağı proqnozlaşdırılır.

Aran rayonlarında hava şəraiti əsasən yağmursuz keçsə də, axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturunun 30-35° isti olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturunun 29-34° isti olacağı bildirilir.

Paytaxtda yaxın iki gün ərzində şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturunun 28-32° isti olacağı ehtimal edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.