CƏMİYYƏT


İstirahət günlərində yaz havası müşahidə ediləcək

Bakı, 19 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində-oktyabrın 20-21-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun dağətəyi rayonlarda 19-24°, dağlıq rayonlarda 15-19° dərəcə isti olacağı ehtimalı var.

Lənkəran-Astara bölgəsinə üz tutanları əsasən yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 20-25°, dağlıq rayonlarda 15-20° isti olacağı proqnozlaşdırılır.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturunun 22-27° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 21-26° isti olacağı ehtimal edilir.

Paytaxtda hava əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək, oktyabrın 20-də arabir güclənəcək. Havanın maksimal temperaturu 20-25° dərəcə isti olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.