CƏMİYYƏT
İstirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda təbliğat tədbirləri keçirilib
Bakı, 4 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə yanğın baş verə biləcək yerlərdə, xüsusilə də meşə zolaqlarında və istirahət zonalarında yanğına qarşı profilaktik tədbirlər haqqında vətəndaşlara məlumat verilib. Eyni zamanda, yerli əhaliyə meşə massivlərində yanğınların baş verməsinin qarşısının vaxtında və operativ şəkildə alınması üçün bütün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində tövsiyələr verilib.
Görüşlərdə vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına dair çap materialları paylanılıb, suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]