REGİONLAR


İstixana təsərrüfatlarında qaragilə yetişdirilir

İsmayıllı, 14 fevral, AZƏRTAC

İsmayıllı rayonunun Diyallı kəndindəki istixana təsərrüfatlarında moruq və qaragilə yetişdirilir.

Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qaragilənin istixanada yetişdirilməsi təcrübəsi Azərbaycanda ilk dəfə olaraq İsmayıllıda həyata keçirilir. Tərkibi C vitamini ilə zəngin olan qaragilənin bitkisi xaricdən gətirilib.

Qeyd edək ki, Diyallı kəndində 1,5 hektar ərazini əhatə edən 54 istixana təsərrüfatı fəaliyyət göstərir. Əkin sahələrinin çoxu məhz qaragilə bitkisidir. Cari ilin yazında burada qaragilə və moruq istehsalına başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.