REGİONLAR
İstixanalarda dekorativ ağac və gül tingləri yetişdiriləcək

İsmayıllı , 9 fevral, AZƏRTAC.
İsmayıllı rayonunun Diyallı kəndindəki tinglik təsərrüfatının fəaliyyəti genişləndirilir. Yaxın günlərdə burada dekorativ ağac və gül tinglərinin il boyu yetişdirilməsi üçün istixanalar quraşdırılacaq.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, artıq ikinci ildir fəaliyyət göstərən tinglik təsərrüfatı 5 hektar sahəni əhatə edir. Ərazinin 2,20 hektarında çəmən materialı, 2,80 hektarında isə müxtəlif ağac tingləri yetişdirilir. Təsərrüfat müasir suvarma sistemi ilə təchiz olunub.
İstixanaların fəaliyyəti rayonda yeni yaşıllıq zonalarının yaradılmasına, şəhər və kəndlərdə, magistral yol kənarlarında bəzək ağacları və gül kollarına tələbatın ödənilməsinə kömək edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.12.2023 [21:33]
Mingəçevir Dövlət Universitetində beynəlxalq konfrans işə başlayıb
- 08.12.2023 [19:14]
Şamaxı və Oğuz sakinləri odlu silahları polisə təhvil veriblər
- 08.12.2023 [17:59]
Naxçıvanda tarixi abidələrin bərpasına peşəkar şirkətlər cəlb olunacaq
- 08.12.2023 [16:49]
Ulu Öndər səhiyyəni cəmiyyətin həyatında ən mühüm sahə kimi qiymətləndirib
- 08.12.2023 [15:48]
GDU-nun tələbələri Göygölün tarixi məkanlarına ekskursiya ediblər
Xəzər dənizində zəlzələ olub
- [22:08]
“Təhsil və zaman” – yeni nəşr
- [17:51]
“Zəfər liqası 2023” sona çatıb
- [17:21]