SİYASƏT


İsveç ATƏT-ə sədrliyi dövründə dondurulmuş münaqişələrin nizamlanması prosesinə köməyini və dəstəyini göstərəcək

Stokholm, 16 yanvar, AZƏRTAC 

İsveç ATƏT-ə sədrliyi dövründə dondurulmuş münaqişələrin nizamlanması prosesinə kömək və dəstək göstərəcək.

AZƏRTAC xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ann Linde İsveçin ATƏT-də sədrliyi proqramının təqdimatı zamanı bəyan edib.

A.Lindenin sözlərinə görə, münaqişələrin nizamlanması prosesinə kömək və dəstək İsveç üçün ATƏT-ə sədrlik postunda mühüm prioritet olacaq.

İsveçin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, ötən il Dağlıq Qarabağ və onun ətrafında münaqişənin alovlanması, həmçinin ölənlərin sayının çox olması və insan iztirabları həll edilməmiş münaqişələrlə bağlı riskləri aydınlığı ilə nümayiş etdirdi. Ann Linde deyib: “Belə hallarda ATƏT münaqişələrin nizamlanmasında, o cümlədən münaqişə baş verən yerlərdə həyati əhəmiyyətli rol oynamalıdır. Minsk qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi bizim tam dəstəyimizdən istifadə edəcək”.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.