SİYASƏT


İsveç Azərbaycanlılarının Koordinasiya Şurası İsveç hökumətinə müraciət edib

Bakı, 25 aprel, AZƏRTAC

İsveç Azərbaycanlılarının Koordinasiya Şurası İsveçin xarici işlər nazirinə, Birləşmiş Millətlərin Təşkilatının İsveç nümayəndəliyinə və ATƏT-ə bəyanat göndərib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistan 30 ilə yaxındır ki, qəsdən çoxsaylı minalar yerləşdirib.

Azərbaycanın azad edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirdiyi minalara görə mülki və hərbçi azərbaycanlılar həyatını itirir, xəsarət alır. Bəyanatda qeyd olunub ki, Ermənistan minalanmış ərazilərin xəritəsinə malik olsa da xəritəni vermək istəmir. İsveç hökumətinə minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməsinə dəstək göstərməsi ilə bağlı çağırış edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.