DÜNYA


İsveç Finlandiyanı özünün istehsal etdiyi qırıcı təyyarələri almağa razı salmağa çalışır

Stokholm, 19 fevral, AZƏRTAC

İsveç Finlandiyanı özünün istehsal etdiyi qırıcı təyyarələri almağa razı salmağa çalışır.

AZƏRTAC xəbər verir ki, bu il Finlandiya Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri üçün yeni qırıcıların alınması ilə bağlı keçirilən tenderin nəticələri barədə qərar qəbul edəcək.

Tenderdə ABŞ, İngiltərə, Fransa və İsveç istehsalı olan təyyarələr, o cümlədən yeni modifikasiyalı ABŞ təyyarəsi “Boeing F/A-18 Super Hornet”, Fransa təyyarəsi “Dassault Rafale”, Amerika korporasiyası “Lockheed Martin F-35” tərəfindən istehsal olunan beşinci nəsil qırıcı-bombardmançı təyyarəsi, Böyük Britaniya istehsalı olan “Eurofighter Typhoon” təyyarəsi, həmçinin İsveçin “Saab” şirkətinin istehsal etdiyi “JAS 39 Gripen” təyyarəsinin yenilənmiş versiyası iştirak edir.

İsveç müdafiə naziri Peter Hultkvist tenderin yaxın vaxtlarda başa çatacağını nəzərə alaraq iki ölkə arasında əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. İsveç Hərbi Hava Qüvvələri komandirinin müavini Anders Persson, öz növbəsində, iki mərkəzdən idarə olunan iki qonşu ölkənin birləşmiş Hərbi Hava Qüvvələrini yaratmaq barədə Finlandiyaya daha sanballı təklif verib.

Qeyd edək ki, ümumilikdə qırıcı donanmasını yeniləmək planları çərçivəsində 60 maşının alınması planlaşdırılır ki, bunun üçün Finlandiya 9 milyard avro maliyyə vəsaiti ayırmalıdır.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.