DÜNYA


İsveç Şimali Koreyadan 43 illik borcu ödəməyi tələb edir

Bakı, 24 oktyabr, AZƏRTAC

İsveç Şimali Koreyadan 1974-cü ildə aldığı 1000 ədəd “Volvo” avtomobilinə və digər müqavilələrə görə yaranmış 330 milyon ABŞ dolları məbləğində borcun qaytarılmasını tələb edir.

AZƏRTAC Yonhap agentliyinə istinadən xəbər verir ki, İsveç İxrac Kredit Agentliyinin ötən il üçün hesabatında Şimali Koreyanın borcunun İsveçin alacağı ümumi borc məbləğinin 45 faizini təşkil etdiyi bildirilib. Şimali Koreya digər borclu 16 ölkədən fərqli olaraq, borcun ödənilməsini həyata keçirməyib.

Bildirilir ki, 1974-cü ildə Şimali Koreyanın İsveçdən aldığı avtomobillərə və digər mallara görə olan borcu gecikmə səbəbindən təxminən 4,5 dəfə artaraq 330 milyon dollara çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.