SİYASƏT


İsveç XİN: Krallıq Ermənistana “Saab JAS 39 Grippen” qırıcılarını satın almağı təklif etməyib

Stokholm, 1 noyabr, Rauf Əliyev, AZƏRTAC

Son günlər bəzi xarici KİV-lərdə Ermənistan Müdafiə Nazirliyinə istinadən İsveçin Saab şirkətinin istehsal etdiyi “JAS 39 Grippen” markalı qırıcıların guya Ermənistana satın almağa təklif olunması ilə bağlı xəbər yayılıb.

AZƏRTAC xəbər verir ki, yayılan xəbərlə bağlı Azərbaycanın İsveç Krallığındakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müvafiq məsələyə aydınlıq gətirmək üçün sorğu ilə müraciət edib.

İsveç Xarici İşlər Nazirliyinin cavab məktubunda bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil. Qeyd olunur ki, İsveç hökuməti Ermənistana “Saab JAS 39 Grippen” markalı qırıcıların satın alınmasını təklif etməyib, habelə bu səpkidə işlər aparmayıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.