DÜNYA


İsveç Yəmən üzrə sülh danışıqları prosesinə ev sahibliyi etməyə hazırdır

Stokholm, 31 oktyabr, AZƏRTAC

Yəmən üzrə sülh danışıqları İsveçdə keçirilə bilər.

ABŞ-ın müdafiə naziri Ceyms Mettis Yəmən üzrə sülh danışıqlarını İsveçdə keçirməyə çağırıb. Artıq İsveç hökuməti danışıqlar prosesini qəbul etməyə hazır olduğunu bildirib.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo da tərəfləri atəşkəs elan etməyə və danışıqlar prosesinə başlamağa çağırır.

Yerli KİV-lərin yazdığına görə, bu təklif danışıqlarda münaqişə edən tərəflərin və Birləşmiş Millətlər Təşkilatının xüsusi elçisi Martin Qriffitsin iştirakını nəzərdə tutur.

İsveçin xarici işlər naziri Marqot Valström təsdiq edib ki, BMT də görüşü qəbul etmək xahişi ilə krallığa müraciət edib. M.Valström Yəməndə münaqişədən zərər çəkənlərə yardım göstərilməsində İsveçin böyük rolunu vurğulayıb. Onun sözlərinə görə, hazırda dünyada ən ciddi humanitar böhranlardan biri Yəməndədir.

Qeyd edək ki, tərəflər razılaşacağı təqdirdə danışıqlar bu ilin noyabrında İsveçdə keçirilməlidir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.