SİYASƏT


İsveç azərbaycanlıları tərəfindən www.swedenaz.se veb saytı yaradılmışdır

Bakı, 5 noyabr (AZƏRTAC). İsveç Krallığında yaşayan azərbaycanlılar tərəfindən www.swedenaz.se veb saytı yaradılmışdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, saytın məqsədi bu ölkədə yaşayan azərbaycanlıların İsveç cəmiyyətinə inteqrasiyasını sürətləndirmək və təkmilləşdirməkdir.

İsveçdə həyat tərzi, səhiyyə, təhsil, biznes, dil, dövlət orqanları və başqa sahələri əhatə edən saytın təqdimat mərasimində çıxış edənlər layihənin yaranma səbəbləri və məqsədi barədə məlumat vermişlər.

Veb saytın təqdimat mərasimində İsveç Azərbaycanlıları Konqresinin idarə heyəti və qurumun üzvləri iştirak etmişlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.