DÜNYA


İsveç kralı və kraliçası COVID-19-a qarşı peyvənd olunublar

Stokholm, 17 yanvar, AZƏRTAC 

İsveç kralı və kraliçası COVID-19-a qarşı peyvənd olunublar.

AZƏRTAC xəbər verir ki, bu barədə İsveç Krallığının Mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Kral cütlüyü – Kral Karl XVI Qustav və Kraliça Silviya hazırda yaşadıqları Stenhammar qalasında ilk dozalarını alıblar.

“COVID-19-a qarşı böyük vaksinasiya indi bütün ölkəmizdə həyata keçirilir. Ümid edirəm ki, yaxın aylarda peyvənd etmək imkanı olan hər kəs bunu etmək qərarına gələcək ki, birlikdə və mümkün qədər tez vaxta biz bu çətin vəziyyətin öhdəsindən gələ biləcəyik”, - deyə kral Karl XVI Qustav mətbuat üçün məlumatda bildirib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.