CƏMİYYƏT
İsveç mediası Helsinkidə Azərbaycan Evinin açılmasından bəhs edib
Bakı, 30 sentyabr, AZƏRTAC
İsveçin https://cawamedia.wordpress.com xəbər saytında “Helsinkidə Azərbaycan Evi açılıb” sərlövhəli xəbər yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məlumatda Finlandiyanın paytaxtının mərkəzində Azərbaycan Evinin açılış mərasimi keçirildiyi qeyd edilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Azərbaycanın İsveç və Finlandiyadakı səfirliyinin müşaviri Cavanşir Məmmədov, Türkiyənin Finlandiyadakı səfiri Deniz Çakar, Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri Kirsti Narinen, Azərbaycan və türk diasporunun fəalları iştirak ediblər.
Məlumatda Komitə sədri müavininin və digər qonaqların çıxışlarına yer verilib. Helsinkinin mərkəzində Azərbaycan Evinin açılışının mühüm hadisə kimi qiymətləndirildiyi, bu cür layihələrin Finlandiya ilə Azərbaycan arasında əlaqələrin daha da dərinləşməsi üçün yeni başlanğıc nöqtəsi olmasının vurğulandığı nəzərə çatdırılıb.