DÜNYA


İsveç parlamenti ilk dəfə olaraq Baş nazirə etimadsızlıq göstərib

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də İsveç parlamentində hazırkı Baş nazir Stefan Leuvenə etimadsızlıq votumu üzrə səsvermə keçirilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, parlament üzvlərinin yarıdan çoxu - 349 deputatından 181-i hökumət başçısına etimadsızlıq ifadə edib.

Etimadsızlıq votumu barədə maddə İsveçin 1974-cü ildə qəbul edilən konstitusiyasında öz əksini tapıb. İsveç parlamentinin indiyədək bununla bağlı keçirdiyi on bir səsvermənin hamısı mənfi nəticələnib. Beləliklə, Stefan Leuven ölkə tarixdə etimadsızlıq göstərilən ilk Baş nazir olub.

Qeyd edək ki, iyunun 17-də İsveçin demokratlar partiyası Baş nazirə etimad votumu barədə parlamentdə səsvermə keçirilməsini tələb edib. Bir qədər əvvəl sol partiyanın lideri Nuşi Dadqostar hökumətin yeni evlərin kirayəsinə bazar qiymətlərinin tətbiq edilməsi barədə təklifinə görə Stefan Leuvenə etimad göstərmədiyini bildirib. Xristian-demokratlar və mülayim koalisiya partiyaları da parlamentdə baş nazirin əleyhinə səs veriblər.

Səsvermədən sonra Stefan Leuven ya istefa verməli, ya da növbədənkənar seçkilər təyin etməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.