DÜNYA


İsveç prokurorluğu: Rəssam Lars Vilks sui-qəsd deyil, bədbəxt hadisə nəticəsində həlak olub

Stokholm, 16 iyun, Rauf Əliyev, AZƏRTAC

Keçən il isveçli rəssam Lars Vilksin ölümü ilə nəticələnən avtomobil qəzası məqsədyönlü hücum deyil, qəza olub.

AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə günü karikaturaçının öldüyü qəza ilə bağlı aparılan araşdırmanın nəticələrinə əsasən İsveçin hakimiyyət orqanları məlumat verib. Lars Vilks 2007-ci ildə Məhəmməd peyğəmbərin mübahisə doğuran karikaturasını dərc etdikdən sonra polisin himayəsi altında yaşayıb.

“Ümumiyyətlə, çox güman ki, polis avtomobilində təkər partlayıb, nəticədə sürücü avtomobilin idarəetməsini itirərək yolun o biri tərəfinə çıxıb və əks istiqamətdə hərəkət edən yük maşını ilə baş-başa toqquşub”, – deyə İsveçin Baş prokuroru Per Nikols bildirib. O, geniş araşdırmanın nəticəsində bədbəxt hadisədə cinayət tərkibli sui-qəsd mövcudluğunun aşkar edilmədiyini diqqətə çatdırıb.

Baş verən qəzada, 75 yaşlı karikaturaçı rəssam da daxil olmaqla 3 nəfər həlak olub.

Vilks çəkdiyi rəsmlərə görə ölüm təhdidləri aldığından və həyatına sui-qəsdlərlə üzləşdiyindən sonra dövlət tərəfindən şəxsi mühafizəçilər ilə təmin edilib, bu səbəbdən onun avtomobil qəzası nəticəsində vəfatı bunun əvvəlcədən düşünülmüş sui-qəsd olub-olmaması ilə bağlı şübhələr yaradıb. Bununla belə, İsveç prokurorluğunun yaydığı məlumatına əsasən, bu yalnız “faciəli qəza” olub. Bu səbəbdən prokurorluq cari ilin oktyabrında qətllə bağlı istintaqa xitam veriləcəyini açıqlayıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.