SİYASƏT


İsveç saytında Azərbaycan ilə Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi haqqında məqalə dərc edilib

Stokholm, 31 iyul, AZƏRTAC

İsveçin “Cawamedia” saytında Azərbaycan ilə Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi haqqında məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Cawamedia” saytında dərc edilmiş “Azərbaycan-İsveç münasibətlərinin 30 illiyi” sərlövhəli məqalədə yubiley tarixinə həsr olunmuş rəsmi görüşlərdən və tədbirlərdən danışılır. Məqalədə deyilir ki, Azərbaycan hökuməti bununla əlaqədar Krallığın hökumətinə və İsveç xalqına rəsmi təbrik məktubu göndərib, Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində isə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid ifadə olunub.

Bu il mayın 18-19-da Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev Stokholma rəsmi səfər edib. Səfər zamanı F.Rzayev Krallığın xarici işlər naziri Ann Linde, riksdaqın spikeri Andreas Norlen və xarici işlər nazirinin müavini Maqnus Nilsson ilə görüşüb.

Məqalədə deyilir: “Görüşlər çərçivəsində tərəflər Azərbaycan ilə İsveç arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin hər iki paytaxtda silsilə tədbirlərlə qeyd edilməsinin əhəmiyyətini vurğulayıb, ikitərəfli münasibətlərin cari vəziyyətini və perspektivlərini müzakirə edib, Cənubi Qafqazda münaqişədən sonrakı dövrdə gedən proseslər barədə fikir mübadiləsi aparıblar”.

 
Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.