İQTİSADİYYAT


İsveç son 29 ilin ən yüksək inflyasiya göstəriciləri ilə üzləşib

İsveç son 29 ilin ən yüksək inflyasiya göstəriciləri ilə üzləşib

Stokholm, 15 mart, Rauf Əliyev, AZƏRTAC

İsveç son 29 ilin ən yüksək inflyasiya göstəriciləri ilə üzləşib.

AZƏRTAC İsveçin Statistika Təşkilatının son məlumatlarına istinadla xəbər verir ki, cari ilin fevralında inflyasiya nəzərəçarpacaq dərəcədə artaraq 1993-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb. Belə ki, fevralda inflyasiya səviyyəsi illik 4,5 faizə yüksəlib.

Bunun əsas səbəbi ərzaq məhsullarının bahalaşması olub. Mütəxəssislər qiymət artımına ümumiyyətlə tərəvəz və qəhvənin, eləcə də yanacağın bahalaşmasının səbəb olduğunu da vurğulayırlar. Bununla yanaşı, elektrik enerjisinin qiymətləri fevralda bir qədər ucuzlaşıb.

İsveçdə inflyasiyanın səviyyəsi yanvardan etibarən artmaqda davam edir.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.