DÜNYA


İsveç zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyə hökumətinə öz köməyini təklif edib

İsveç zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyə hökumətinə öz köməyini təklif edib

Stokholm, 6 fevral, AZƏRTAC

İsveçin Baş naziri Ulf Kristersson Türkiyədə və Suriyada baş vermiş güclü zəlzələ ilə əlaqədar başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, İsveç hökuməti başçısının tviter hesabındakı paylaşımında deyilir: “Türkiyə və Suriyada güclü zəlzələ nəticəsində insanların həlak olması xəbərindən kədərlənirik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verirəm. Türkiyənin müttəfiqi və Aİ-nin sədri olaraq, biz öz köməyimizi təklif etməyə hazırıq”.

Öz növbəsində, İsveçin xarici işlər naziri Tobias Bilstrem də krallıq hökumətinin Türkiyə və Suriyanın zərər çəkmiş regionlarına kömək göstərilməsi üzrə Aİ-nin səylərinin koordinasiyasının icrası üçün qısa müddət ərzində Türkiyə XİN-in başçısı Mövlud Çavuşoğluna müraciət etmək niyyətini bildirib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.