SİYASƏT


İsveçdə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin ildönümü qeyd olunmuşdur

Bakı, 19 oktyabr (AZƏRTAC). İsveç Krallığının paytaxtı Stokholmda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan-İsveç Federasiyası tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycanın İsveç Krallığındakı səfiri Rafael İbrahimov, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Elnur Əliyev, Türkiyənin bu ölkədəki səfirliyinin əməkdaşları, Azərbaycan və Türk diasporunun nümayəndələri iştirak etmişlər.

Azərbaycanın İsveç Krallığındakı səfiri Rafael İbrahimov, Azərbaycan - İsveç Federasiyasının sədri Səttar Sevgin və başqaları çıxış edərək Azərbaycanın 20 il ərzində keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən danışmışlar.

Tədbir bədii kompozisiya ilə davam etdirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.