MƏDƏNİYYƏT


İsveçdə “Qarabağ mədəniyyət məktəbi” Heydər Əliyevin doğum gününə həsr edilmiş tədbir keçirib

Stokholm, 9 may, Rauf Əliyev, AZƏRTAC

İsveçdə fəaliyyət göstərən “Qarabağ mədəniyyət məktəbi” Heydər Əliyevin doğum gününə həsr edilmiş tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, İsveç Krallığının paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən “Qarabağ mədəniyyət məktəbi” tərəfindən keçirilən anım tədbirində məktəbdə tədris alan azyaşlı diaspor nümayəndələrimiz toplanıb.

Əvvəlcə şagirdlərə xalqımızın tarixində böyük rol oynamış və müstəsna xidmətləri ilə seçilən ulu öndər Heydər Əliyevin fəaliyyəti haqqında mühazirə oxunub. Bildirilib ki, 10 may tarixində müasir Azərbaycan dövlətçiliyinin banisi olan Heydər Əliyevin doğum günü qeyd edilir. Ulu Öndərin həyatı haqda məlumat verilən tədbirdə bildirilib ki, o, öz ömrünü xalqa sədaqətlə xidmətə həsr edən nadir siyasi xadimlərdən biri olmaqla yanaşı, siyasi fəaliyyəti ilə Azərbaycanın azadlığının təmin edilməsində və ölkəmizin inkişafında böyük işlər görüb.

Daha sonra “Qarabağ mədəniyyət məktəbi”nin şagirdlərinə ümummilli lider Heydər Əliyevin həyat yolu və ölkəmizin gələcəyi üçün gördüyü işlər barədə bəhs edən filmlər nümayiş olunub.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.