İDMAN


İsveçdə “Svenska Idrottsgalan” milli idman mükafatının təqdimat mərasimi keçirilib

Bakı, 22 yanvar, AZƏRTAC

İsveçin paytaxtı Stokholmda nüfuzlu milli idman mükafatı – “Svenska Idrottsgalan”ın təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, biatlonçu Hanna Eberq ötən ilki uğurlu çıxışına görə mükafata layiq görülüb. H.Eberq “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının fərdi yarışlarda qızıl, estafet mübarizəsində isə gümüş medal qazanıb.

Ötən ilin ən yaxşı komandası adına kişi biatlonçulardan ibarət İsveç yığması sahib olub. Belə ki, Peppe Femlinq, Yesper Nelin, Sebastian Samuelsson və Fredrik Lindstremdən ibarət milli komanda Qış Olimpiadasının estafet yarışlarında birinci yeri tutub.

İlin ən yaxşı qadın idmançısı adına üzgüçü Sara Şestrem sahib olub. Üzgüçü Qlazqoda təşkil olunan Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ən yaxşı kişi idmançı isə şüvüllə tullanan Arman Dyuplantis seçilib. Atlet Berlində keçirilən Avropa çempionatının qızıl medalını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.