SİYASƏT


Ümummilli lider Heydər Əliyev öz həyatını xalqa və dövlətə sədaqətlə xidmətə həsr edib

Stokholm, 13 dekabr, AZƏRTAC

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünü ilə əlaqədar Azərbaycanın İsveçdəki Səfirliyində anım mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, gün boyu davam edən anım mərasimində Azərbaycanın İsveçdəki Səfirliyinin əməkdaşları, diaspor təşkilatlarının rəhbərləri, fəallar və ictimaiyyət nümayəndələri Ulu Öndərin buradakı büstü önünə əklil qoyub, böyük şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

İsveçin fərqli şəhərlərindən tədbirə qatılan Azərbaycan diasporasının nümayəndələri, Ulu Öndərin ölkəmiz uğrunda apardığı yorulmaz fəaliyyəti, uzaqgörən siyasəti barədə danışıb, ən çətin illərdə hakimiyyətə gələn Ümummilli Liderin ölkədə hökm sürən xaos və anarxiyanın qarşısını aldığını, bugünkü azad Azərbaycanın banisi kimi adını tarixə yazdırdığını qeyd ediblər. Həmvətənlərimiz böyük şəxsiyyətlə bağlı xatirələrini bölüşüb, onun Azərbaycanın əvəzolunmaz lider, qüdrətli dövlət başçısı, ölkənin xilaskarı olduğunu vurğulayaraq, bu böyük şəxsin öz həyatını xalqa və dövlətə sədaqətlə xidmətə həsr etdiyini bildiriblər.

Diaspor nümayəndələri Ulu Öndərin ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafında misilsiz xidmətlərindən, onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın regionun güclü dövlətə çevrildiyindən söz açıblar.

Sonda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən kitablar təqdim olunub, tədbir iştirakçıları onun həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.