DÜNYA
İsveçdə baş verən atışma nəticəsində ölən və yaralananlar var
Stokholm, 19 iyun, Rauf Əliyev AZƏRTAC
İsveçin üçüncü ən böyük şəhəri Malmödə baş verən kütləvi atışma nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.
Bu barədə xəbəri AZƏRTAC İsveç polisinə istinadla verir. Yerli KİV-ə məlumat verən İsveç polisi hadisə yerində istintaq işlərinin aparıldığını bildirib. Hadisənin terrorla bağlı olmadığı da vurğulanıb.
Qeyd edək ki, son illər İsveçin cənubunda yerləşən şəhərlərdə, öz aralarında mübarizə aparan cinayətkar dəstələrin qanlı toqquşmaları baş verir. İsveçin üçüncü ən böyük şəhəri olan Malmö də bu kimi toqquşmaların baş verdiyi əsas şəhərlərdən biri hesab oluna bilər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm