DÜNYA


İsveçdə ərzaq qiymətlərində son 70 ilin ən böyük illik artımı qeydə alınıb

İsveçdə ərzaq qiymətlərində son 70 ilin ən böyük illik artımı qeydə alınıb

Stokholm, 18 mart, Rauf Əliyev, AZƏRTAC

İsveçdə ərzaq məhsullarının qiymətləri ötən il 20 faizdən çox artıb ki, bu da son 70 ilin ən yüksək göstəricisidir.

AZƏRTAC İsveç Statistika qurumunun hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin fevralından 2023-cü ilin fevralına qədər olan dövrdə ərzaq və alkoqolsuz içkilər 20,95 faiz bahalaşıb.

Beləliklə, krallıqda son onilliklərdə ərzaq qiymətlərində ən böyük illik artım qeydə alınıb. Sonuncu dəfə 1951-ci ildə ərzaq qiymətləri il ərzində 20 faizdən çox artmışdı.

Ümumilikdə, kərə yağı, yumurta və süd məhsulları 30 faizdən çox bahalaşıb. Tərəvəz qiymətləri daha çox yüksəlib, soğan və gül kələmi 80 faiz bahalaşıb.

İnflyasiya 2022-ci ilin dekabrında 12,3 faiz göstərici ilə 31 ilin ən yüksək səviyyəsinə çatıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.