ELM VƏ TƏHSİL


İsveçdə günəş enerjisini 18 il saxlayan unikal molekul hazırlanıb

Stokholm, 5 oktyabr, AZƏRTAC

İsveçdəki Çalmers Texniki Universitetinin məlumatına istinadla xəbər verir ki, bu ali təhsil müəssisəsinin alimləri günəş enerjisini 18 il saxlayan unikal molekul hazırlayıblar.

Məlumatda bildirilir ki, bundan əvvəl – 2017-ci ildə alimlər tərəfindən ilk dəfə karbon, hidrogen və azotdan ibarət molekul təqdim edilib. Bu molekulun unikal cəhəti ondan ibarətdir ki, o, günəş şüalarının təsiri altında eyni atomların toplandığı və müxtəlif fəzaların yerləşdiyi enerji izomerinə çevrilir. Beləliklə, maye şəklində olan izomer enerji mənbəyi kimi istifadə edilə bilər.

Artıq tədqiqatçılar molekuldan “MOST” adlanan sistemdə istifadə ediblər. Alınan nəticələr göstərib ki, bu izomerdə toplanan enerji 18 il saxlanıla bilər. O da qeyd olunub ki, hazırda isveçli mütəxəssislər yeni texnologiyanın təkmilləşdirilməsi üzərində işləyirlər. Bunun üçün molekulun tərkibində olan enerjini parçalayan katalizator hazırlanıb. Filtr kimi işləyən katalizator kimyəvi reaksiyanı başladır və mayeni 63 dərəcə selsi hərarətinə qədər isidir. İzomerin başlanğıc temperaturu 20 dərəcə olduqda, katalizator onu 83 dərəcəyə çatdırır.

Bundan başqa, tədqiqatçılar günəş enerjisini uzun müddət saxlamaq üçün molekulun formasını da dəyişiblər. Onlar mayenin sistemdaxili tərkibini korrektə edib və tezalışan maddəni oradan çıxarıblar. Beləliklə, isveçli alimlər molekulu daha təhlükəsiz hala gətiriblər.

Alimlər qeyd edirlər ki, onların bu yeni ixtirası gələcəkdə məişətdə istifadə olunan qızdırıcı cihazlarda istifadə oluna bilər. Bu unikal texnologiya ekoloji cəhətdən təmizdir və ətraf mühiti çirkləndirmir. Texnologiyanın yekun variantı isə on ildən sonra hazır olacaq.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.