MƏDƏNİYYƏT
İsveçdə yaşayan soydaşımızın kitabı Daşkənddə özbək dilində çap edilib
Daşkənd, 23 oktyabr AZƏRTAC
İsveçdə yaşayan soydaşımız Eluca Atalının “Özünü gətir” adlı kitabı Daşkənddəki “Turon zamin ziyo” nəşriyyatında özbək dilində çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitabda müəllifin esse, fəlsəfi-bədii miniatür və hekayələri toplanıb. Əsərləri özbək dilinə Şərmurod Subhan tərcümə edib. Kitaba “Gözəl ziyarət” adlı ön sözü tanınmış şair Bahrom Ruzimuhammad yazıb. Orada deyilir: “Eluca Atalının bu kitabı həyatın fəlsəfə dolu yanğısıdır, oxuyanı düşündürür və yazmağa sövq edir”.
Xatırladaq ki, Eluca Atalının əsərləri Özbəkistanın qəzet və jurnallarında müntəzəm olaraq çap edilir. Stokholmda yaşayan soydaşımız orta məktəbdə İsveç ədəbiyyatı və dilindən dərs deyir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd