DÜNYA


İsveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Ankara, 21 aprel, AZƏRTAC

İsveçin xarici işlər naziri Ann Linden və bu ölkənin müdafiə naziri Peter Hultkvistin terrorçu təşkilatların rəhbərləri ilə onlayn görüşməsi Türkiyə tərəfinin ciddi narazılığına səbəb olub.

AZƏRTAC Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadla xəbər verir ki, Suriyanın şimal-şərqində yerləşən PKK/YPG terror təşkilatlarının rəhbərliyi ilə fəaliyyət göstərən SDG (Suriya Demokratik Gücləri) və SDK (Suriya Demokratik Konseyi) ilə İçveçin vəzifəli şəxsləri arasındakı təmasların çoxalması barədə narazılıq sərt qınaq şəkilində səfirin diqqətinə çatdırılıb və görüşülən şəxslərin Avropa İttifaqının da terror təşkilatı kimi tanıdığı PKK terror təşkilatı mənsubları olduqları bildirilib.

Keçirilən görüşdə İsveç tərəfi terror təşkilatlarına dəstək verməməyə, Suriyanın birliyi, ərazi bütövlüyü və davamlı sabitliyi naminə səy göstərməyə dəvət edilib. Bildirilib ki, kimin dəstəkləməsindən asılı olmayaraq Türkiyə İŞİD və PKK terror təşkilatlarına qarşı mübarizəsini bundan sonra da qətiyyətlə davam etdirəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.