MƏDƏNİYYƏT


İsveçin ölkəmizdəki səfiri Milli Kitabxanada olub

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 30-da İsveçin ölkəmizdəki səfiri Kristian Kamill Azərbaycan Milli Kitabxanasında olub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalında İsveç və Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi münasibətilə “Linnaeus Apostles: Global Science and Adventures” adlı kitabın təqdimatı keçirilib. Kitab Linnaeus və onunla birgə olan səyyahların müxtəlif qitələrə olan səyahəti və heyvanlar, bitkilər, adət-ənənələr barəsində apardıqları qeydlərdən bəhs edir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov təqdimat mərasiminin Beynəlxalq əməkdaşlıq zalında keçirilməsinin heç də təsadüf olmadığını bildirib. Zalda 14 ölkənin guşəsinin mövcud olduğunu vurğulayan Kərim Tahirov 15-ci guşənin məhz İsveç olacağına ümid etdiyini vurğulayıb.

“Səfirin Milli Kitabxanaya gəlişi iki ölkənin milli kitabxanaları arasında anlaşma memorandumunun imzalanmasına təkan verəcək. Eləcə də bu gün səfirin Milli Kitabxanaya hədiyyə etdiyi kitablar Milli Kitabxananın fondunda öz layiqli yerini tutacaq və İsveçə dair gələcəkdə yaradılacaq guşənin ilk kitabları olacaq”, - deyə K.Tahirov qeyd edib.

Direktor gələcəkdə həmin guşənin önündə İsveç ilə əlaqəli tədbirlərin, İsveç yazıçıları ilə görüşlərin keçiriləcəyinə ümid etdiyini də bildirib.

Kristian Kamill keçirilən tədbirin iki ölkə arasındakı diplomatik münasibətlərin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlərdən biri olduğunu qeyd edib. İsveç və Azərbaycan arasında bir çox sahələrdə qarşılıqlı əməkdaşlığın mövcud olduğunu bildirən səfir bu əlaqələrin daha da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə inandığını bildirib.

Daha sonra Kristian Kamill İsveç və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə isveçli səyyah və alim Carl Linneausun tələbələrinin dünyanın 60-dan çox ölkəsinin təbiəti, mədəniyyəti, tarixi və etnoqrafiyası haqqındakı əlyazma və qeydlərinin əks olunduğu “Linnaeus Apostles: Global Science and Adventures” adlı 8 cildlik kitabı Milli Kitabxanaya hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.