DÜNYA
İsveçin vergi sistemi
Bakı, 27 noyabr, AZƏRTAC
İsveçlilər ən intizamlı vergiödəyiciləridirlər. İctimai rəy sorğuları göstərib ki, skandinaviyalıların əksəriyyəti, istənilən ölçüdə vergini ödəməyə hazırdırlar.
AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, İsveçdə tariflər və ödənilən vergi məbləğləri bir sıra amillərdən asılıdır: vergiödəyicisinin yaşından, qeydiyyata alındığı yerdən, əməkhaqqının ümumi məbləğindən, əmək növündən – muzdlu işçi və ya fərdi sahibkar olmasından və s. Bir ümumi qayda mövcuddur: kim çox qazanırsa, vergi xəzinəsinə də onlar daha çox ödəyir.
Vergilər iki hissədən ibarət olur: yerli (kommuna) və dövlət yığımlarından. Yerli vergilərin tarifi kommunadan asılı olaraq orta hesabla 29-35 faiz arasındadır. İl ərzində 443 200 krondan az (54 070 ABŞ dolları) qazanan şəxslər yalnız kommuna vergisini ödəyirlər. İllik qazanc bu məbləğdən yüksəkdirsə, onda həm də 20 faiz həcmində dövlət vergisi çıxılır. Gəlirləri 638 800 krondan çox olanlar, həmin hüdudu keçən vəsaitdən daha 5 faiz vergi ödəməli olurlar.
Sahibkarlar ölkədə ən çox vergiödəyicisidirlər. Lakin, əgər gəlir yoxdursa və ya biznes zərərlə işləyibsə, onda vergi ödənilmir. İl ərzində 18 784 krondan çox qazanc əldə etməyənlər də vergi ödəməkdən azaddırlar. Yaşı altmışı ötənlər və otuzdan az yaşı olanlar ən az vergi ödəyirlər.