İDMAN
İsveçli atlet üç təkanla tullanma yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da "EYOF 2019"un atletika yarışlarının beşinci günündə qızlar arasında üç təkanla tullanma və oğlanlar arasında 3000 metr məsafəyə qaçış növü üzrə qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qızlar arasında üç təkanla tullanma yarışında isveçli atlet Maya Aaskaq (13,26 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fransa təmsilçisi Lesli Raffin (13,08 m) gümüş, maldovalı Yuliana Dabiya (12,98 m) isə bürünc medalla kifayətləniblər. Bürünc medalı qazanmağa yaxın olan azərbaycanlı atlet Sabrina Zralova isə 12,75 metr nəticə göstərərək yarışı dördüncü yerdə bitirib.
Atletika üzrə oğlanlar arasında 3000 metr məsafəyə qaçış yarışında israilli atlet Adisu Quadie 8 dəqiqə 35 saniyə nəticə ilə qızıl medal qazanıb. Gümüş medala 8 dəqiqə 38 saniyə nəticə ilə Fransa atleti Luk Le Baron sahib olub. Bürünc medalın qalibi isə sloveniyalı Vid Botolin (8,39 dəqiqə) olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]