SİYASƏT


İsveçli professor: Azərbaycan Qərb ölkələri tərəfindən nümayiş etdirilən ikili standartlara görə onlara inamını itirib

Stokholm, 24 noyabr, Rauf Əliyev, AZƏRTAC

Azərbaycan Qərb ölkələri tərəfindən nümayiş olunan ikili standartlara görə onlara inamını itirib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu sözləri İsveç Beynəlxalq Münasibətlər İnstitutunun və Stokholm Şərqi Avropa Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqazda geosiyasi reallıqların dəyişməsi” adlı tədbirdə isveçli professor Svante Kornel deyib.

O, Avropa İttifaqının münaqişə vəziyyətində olan bəzi ölkələrin ərazi bütövlüyünü tanıdığı və qorumağa çalışdığı halda Azərbaycana münasibətdə eyni mövqeni nümayiş etdirmədiyini vurğulayıb.

Qeyd edək ki, professor Svante Kornell Stokholmda yerləşən Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru və həmtəsisçisi, Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmaları Proqramının tədqiqat direktorudur.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.