DÜNYA


İsveçlilər ölkənin ən çirkin şəhərini müəyyən ediblər

Stokholm, 23 oktyabr, AZƏRTAC 

İsveçlilər ölkənin ən çirkin şəhərini müəyyən ediblər.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, “Arkitekturupproрet” (memarların qiyamı) qeyri-hökumət təşkilatının sosial şəbəkələrdə keçirdiyi sorğunun nəticələrinə görə, Dalarna əyalətində yerləşən Borlenqe şəhəri krallığın ən çirkin şəhəri adlandırılıb.

Səsvermədə 7 min respondent iştirak edib. Onlardan min nəfəri öz səslərini Borlenqe şəhərinə verib. Antireytinqdə ikinci və üçüncü yerləri müvafiq olaraq Vesteros və Hessleholm şəhərləri tutublar. İlk üçlüyün ardınca Umeo, Karlskuqa, Södertelye, Flen, Boros, Yunqbyu və Bolnesin adları çirkin şəhərlər sırasında çəkilib.

“Arkitekturupproрet” təşkilatında belə izah ediblər ki, onların aksiyası qədim, maraqlı taxta evlərin və gözəl daş binaların sökülərək, funksional, lakin memarlıq nöqteyi-nəzərindən “darıxdırıcı” binalarla əvəz edilməsi nəticəsində şəhərlərin mərkəzlərinin eybəcərləşməsinə ölkə ictimaiyyətinin diqqətini cəlb etmək məqsədi daşıyır. Yeri gəlmişkən, təşkilat bu tikililəri “qutu” adlandırıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.