DÜNYA


İsveçrə Gülnara Kərimovanın aktivindən 131 milyon dolları BMT-nin xüsusi fonduna yönəldəcək

Bakı, 16 avqust, AZƏRTAC

İsveçrə Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnara Kərimovanın aktivindən 131 milyon dolları BMT-nin xüsusi olaraq yaradılmış çoxtərəfli trast fonduna yönəldəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Özbəkistanın ədliyyə naziri Ruslan Davletov və İsveçrə XİN-in başçısı İnyasio Kassis Gülnara Kərimovandan götürülmüş aktivlərin idarə olunması üçün BMT-nin çoxtərəfli trast fondunun yaradılması haqqında sənədi imzalayıblar.

“Razılaşmanın imzalanması vaxtilə Gülnara Kərimovanın başçılıq etdiyi cinayətkar qrup tərəfindən qeyri-qanuni əldə olunmuş və İsveçrə ərazisində leqallaşdırılmış 131 milyon dolların yubadılmadan Özbəkistan xalqına qaytarılmasını ehtiva edir”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Özbəkistanın sabiq prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimova 2015-ci ilin avqustunda dələduzluq və vergidən yayınma maddələri üzrə təqsirli bilinib, 2017-ci ilin dekabrında isə digər cinayət işi üzrə 10 il azadlıqdan məhrum edilib. 2020-ci il martın 18-də yeni cinayət işi çərçivəsində onun həbs müddəti 13 il dörd aya qədər uzadılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.