ELM VƏ TƏHSİL
İsveçrə Milli Elm Fondu layihə qrantları ayırır
Bakı, 22 iyul, AZƏRTAC
İsveçrə Milli Elm Fondu (İMEF) Azərbaycan və İsveçrə tədqiqat mərkəzləri və universitetləri arasında əməkdaşlıq münasibətlərinin qurulması, elmi araşdırmaların aparılması üçün maliyyə yardımları və qrantlardan istifadə imkanları yaradır.
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, İMEF tədqiqatçılar tərəfindən seçilmiş müxtəlif mövzuları dəstəkləmək üçün layihə qrantları ayırır. İşlədiyi təşkilat tərəfindən maaşla təmin olunan, lakin tədqiqat layihəsinin həyata keçirilməsi üçün əlavə maliyyə vəsaitinə ehtiyac duyan tədqiqatçılar bu proqramdan istifadə edə bilərlər. Tədqiqatçılar layihə üzrə tədqiqat xərcləri, cəlb edilmiş əməkdaşlar üçün maaş, həmçinin elmi əməkdaşlıq və əlaqələrin maliyyə xərcləri üçün müraciət edə bilərlər.
Layihələr oktyabrın 1-dək təqdim edilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]